Ölkə bələdiyyələrinin əsas gəlir mənbələrindən biri də mehmanxana rüsumu təşkil edir. Ölkəmizin turizm cəlbediciliyi artdıqca gələn qonaqların sayında da kifayət qədər artım hiss edilməkdədir. Ötən il bələdiyyələrin mehmanxana rüsumlarının yerli büdcəyə 1.957.200 manat vəsait daxil olub.
Bu barədə Belediyye.infoya məlumat Dövlət Statistika Komitəsindən daxil olub.
Məlumata görə, bu da 2018-ci ildəkindən 7.5 fazi artıq deməkdir və ümumi büdcə gəlirlərində tutduğu yerin həcmi isə 5.5 faiz bərabərdir.
əldə edilən vəsaitin 1.418.000 manatını, yəni 72.5 faizini Bakı bələdiyyələri, 304.600 manatını Qəbələ, 79.000 manatını şəki, 7.900 manatını Sumqayıt, 6.200 manatını Quba, 3.900 manatını Gəncə, 3.700 manatını ismayllı, 2.700 manatını Abşeron, 2.900 manatını Ağstafa, 1.400 manatı Qax, 1.400 Zakatala, 1.300 manatını Oğuz, 1200 manatını şamaxı, 800 manatını Masallı, 400 manatın Tovuz, 400 manatını Lənkəran, 300 manatını Gədəbəy bələdiyyələri toplayıb.
Dövlət Statistika Komitəsindən daxil olan məlumatda maraqlı məqam ondadır ki, turzim zonası hesab edilən Lerik bələdiyyələri mehmanxana rüsumundan bir manatda vəsait əldə edə bilməyiblər. Baxmayaraq ki, rayonun Vizəzəmin bələdiyyəsinin ərazisində ““Relax Hotel and Resort” mehmanxanası fəaliyyətdə olub.
Sual olunur ölkə bələdiyyələri mehmanxana rüsumunun həcmini nə qədər artıra bilərdilər?
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3 milyon 170 min 400 və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Bu isə deməkdir ki, bu insanlar ölkəmizdə qohum-əqrabasını yoxlamağa deyil konkert olaraq ya işlə, ya da istirahət məqsədiylə gəlib. Və yəqin ki, bir günlük gəlməyiblər. Onların hər birinin gecələməsini orta hesabla 5 gündən hesablasaq demək gecələmələrin sayı 15.852.000 edəcək. Hər gecələməyə görə isə mehmanxananın aldığı vəsaitdən 1.1 manatı yerli büdcəyə köçürülməliydi. Demək il ərzində bələdiyyələrimiz 17.437.200 maliyyə vəsaiti əldə edə bilərdilər. Bu rəqəmin qarşılığında isə yerli büdcəyə cəmi 2 milyon manata yaxın vəsait daxil olub. Hər halda bələdiyyə sədrləri bu istiqamətdən daxil olan vəsaitin həcmini artırmaq üçün çalışmalıdırlar.
P.S. Qanunlarda qeyd edilir ki, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş burada qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla həmin xidmətləri göstərən şəxslər tərəfindən hesablanır, hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödənilir
Belediyye.info